Xalq artisti Faiq Ağayev illər əvvəl qalmaqal yaşadığı həmkarı Aygündən danışıb.
Mynews.az Axşam.az-a istinadən məlumatına görə, “ATV maqazin onlarla”ya açıqlama verən müğənni Aygünün bununla bağlı peşmançılığını dilə gətirməsini alqışlayıb:
“Aygünü 2 ay bundan qabaq görmüşəm. Gen paltarda idi. Orasını-burasını qucaqladım, gördüm arıqlayıb. Canı yanmış, yenə qəşəngdir. F.A. – Faiq, Aygün deməkdir. Bizimki eşq hekayəsi deyil. Biz dost, həmkar kimi bir-birimizi istəyirik. Bacı qardaşla hansısa məsələyə görə mübahisəyə girir. Belə alındı ki, bu yükü 30 il çiynimizdə daşıdıq. Təbii ki, Aygünlə aramızda qalmaqal da, mübahisə də olub. Amma o, həyatındakı 2 böyük peşmançılıq barədə mənə söylədi. Dedi ki, “Mən böyük səhv elədim ki, səninlə vaxtilə qalmaqala girdim”. Bunu etiraf edib, mənim bəsimdir. Ona görə, Aygünü sevirəm”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub