USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Ədalət Şükürov Qaçqınkomun sədrindən danışdı "Əli Həsənovla bağlı açığı onu deyim ki, mən o insanı..."

18:28 07.08.2017
Ədalət Şükürov Qaçqınkomun sədrindən danışdı "Əli Həsənovla bağlı açığı onu deyim ki, mən o insanı..."
18:28 07.08.2017

Qaçqınkomun sədri Əli Həsənovun nəvəsinin törətdiyi qəza son günlər sosial medianını gündəmini alt-üst edib. Məsələyə biganə qalmayanlar bu haqda öz fikirlərini paylaşmaqla yanaşı, həm də hadisəni törədənin Əli Həsənovun nəvəsi olduğundan dolayı cəza alıb-almayacağı onlarda sual doğururdu. Lakin səhər çıxan xəbərlər arasında artıq Nail Allahverdiyevin  həbs olunduğu bildirildi.

“A24.az” cəmiyyətin bir üzvü olan lakin bu vaxta kimi məsələyə münasibət bildirməyən müğənnilərimizin fikirlərini almaq istədi. Müğənnilər arasında nüfuzu, ciddiliyi və fikirləri ilə seçilən əməkdar artist Ədalət Şükürov məsələdən çox sosial medianı tənqid atəşinə tutdu:

“Bu hadisə hər kəsin başına gələ bilər. Kimsə hansısa bir hadisə törədibsə, o öz payını alacaq. Dövlət üçün bu fərq eləmir, sən kimin oğlusan, kimin nəvəsisən. Ona görə də əgər Əli Həsənovun nəvəsi qəza törədib, adam vurub, maşın yanıb və adam ölübsə o öz cəzasını alacaq. Və bunun media tərəfindən çox firladılması, “kimin nəvəsidir, nədir?” bu artıq şeylərdir. Mən bilmirəm siz bu danışdıqlarımı verəcəksiniz ya yox, bəlkə siz məndən başqa cavab gözləyirdiniz?! Amma dediklərimi versəniz də, verməsəniz də mən öz sözlərimi deyəcəm. Mövzunun mənə aiddiyyatı yoxdur, amma mən bilmirəm siz jurnalistlər niyə mövzunu bu qədər fırladıb, böyüdürsünüz. Hər gün “İnstagram”ı, saytları açırsan eyni şeyləri yazırlar. Bu sayt o birisindən, o birisi də digərindən götürüb eyni xəbəri qoyur. Sizin ixtiyarınız yoxdur ki, bu məsələdə öz mövqeyinizi bildirəsiniz. Siz jurnalistsiniz, deyin görüm, bu nə dərəcədə düzgündür? Jurnalist informasiyanı götürməli, dərc etməzdən əvvəl onu 100 dəfə yoxlamalı, nazirliklərə zəng edib xəbərin düzgünlüyünü yoxlayandan sonra saytlarda dərc etməlidir.

Bundan başqa daha bir xəbərdə yazılır ki, Qusarda polis rəisi nazir oğlu tərəfindən güllələnib. Bu haqda bütün saytlar götürüb yazdı. Bəs yazan jurnalist yoxlamamış bunu belə verə bilər? Nazirlikdən yazığ polkovniki çağırıblar və  görüblər ki, insan sağ-salamatdır. Zəng ediblər Qusar polisinin rəisinə, o da dedi ki, belə bir şey olmayıb. Bax bu nə qədər düzgündür? Bunu yazan jurnalistlər fikirləşmir ki, bunun atasının ürəyi xəstədir və ya həyat yoldaşı hamilədir, bəlkə anası ağır xəstədir, ürəyi dayanar?! Çünki saytlara ancaq qalmaqal lazımdır.

Daha sonra əməkdar artist Əli Həsənovla bağlı bunları dedi:

“Məsələyə gələndə mövqeyim belədir: Kimliyindən asılı olmayaraq qəza törədibsə, həmin şəxs onun cavabını verəcək, vəssalam! Lazım deyil yazmaq ki, bunun babası kimdir, qohumu kimdir? Hazırda ona 1 aylıq həbs verdilər, bundan sonra da nəyin necə olacağı bilinəcək.

Gündə bir neçə qəza olur. Niyə məhz mövzunu bunun üzərində fırladırsınız? O qədər məmurlar tanıyırıq ki,  məsələn şəhərin icra başçılarından biri adam vurmuşdu, 5 il yatdı çıxdı. O birisi 8 il yatdı çıxdı. Bizim Mübariz müəllimin oğlu ( Mübariz Mədətov) bu ilin mart ayında həbsxanadan çıxdı.

Əli Həsənovla bağlı açığı onu deyim ki, mən o insanı heç təklikdə də görməmişəm. Mənim ondan asılılığım da yoxdur. Amma bu qədər də olmaz da… Mövzunu fırlatmaqla yaralanan və ya ölənlərə nəsə xeyriniz dəyəcək?! Bu ancaq prokurorluğun işidir”.


Xəbər lenti

300x200r