"Savaşçı" serialında rol alan Zeynep Elçini həyat yoldaşı təhdid edib.
Bundan sonra, gözəl aktrisanın boşanma iddiası açdığı ortaya çıxıb.
Çağlayan Ədalət Məhkəməsində açılan iddiaya görə, Zeynep Elçin 4 il əvvəl tanış olduğu Hüseyn Y. ilə 2014-cü ildə evlənib. Yoldaşının istəyi ilə İzmirə köçən Zeynep Elçin, aktrisalığa ara verib.
Hüseyn Y.-nin evləndikdən 3-4 ay sonra yoldaşına fiziki, psixoloji, şifahi və maddi təzyiqlər göstərməyə başladığı deyilir. Zeynep Elçinin yoldaşını döyməsi nəticəsində bətnindəki körpəsini saldığı də iddia edilir.
"Məndən boşanmayacaqsan, çəkilişə gəlib səni öldürərəm"
Milli.Az sabah-a istinadən xəbər verir ki, Hüseyn Y. -nin yüksək miqdarda qumar borcu da var idi. Bir gün kreditorlar Hüseyn Y. -nin evinə gələrək qumar borcunu ödəməzsə, yoldaşını aparacaqları ilə bağlı təhdid edib. Hüseyn Y. da bu hadisədən sonra yoldaşını götürərək oralardan köçüb. Zeynep Elçin köçdükləri evdən qaçaraq əvvəl aktyorluq təhsili aldığı İstanbuldakı müəllimi A.G.K.-nin evində yaşamağa başlayır. Hüseyn Y. da yoldaşının arxasınca İstanbula gedir. Boşanmanı qəbul etdiyini söyləyən Hüseyn Y. bunu danışmaq üçün Zeynep Elçinlə İstanbulda bir restoranda görüşüb. Hüseyn Y. "Məndən əsla boşanmayacaqsan. Aktrisa olmağına da icazə verməyəcəyəm. Əks halda çəkilişə gəlib, səni öldürərəm" deyərək təhdid edib.
Hüseyn Y. qohumları və müəllimini da təhdid etməyə başlayınca Zeynep Elçin prokurorluğa şikayət edib. Şikayət sonrası Hüseyn Y. barədə 21 ilə qədər həbs istəyiylə iddia qaldırılıb.