Müğənni Sevda Yahyayevanın yeni fotosessiyası həmkarları və izləyiciləri arasında səs-küy doğurub.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, ifaçı Elton Hüseynəliyev sosial şəbəkədə müğənni Sevinc Musayevanın 2014-cü ildə təqdim etdiyi fotosessiya iləSevda Yahyayevanın yeni fotoşəkillərini kollaj edərək izləyicilərə “Təsadüf, yoxsa?..” sualını ünvanlayıb.
Sevinc Musayeva isə həmkarının paylaşımına biganə qalmayaraq S.Yəhyayeva və digər müğənniləri plagiatda və kiminsə hesabına məşhur olmaqda günahlandırıb:
“Bu və bunun kimi digərləri mənim etdiyim ilkləri hələ çox edəcəklər. Halal xoşları olsun. Amma hamı bilir, bu səhnəyə kim necə və kimin vasitəsilə gəlib məşhur olur. Ona görə mən həmişə Allaha şükür edirəm ki, yolumu açır və məşhur olduqca adımın qarşısında heç kimin (sponsorluq edən “kişiciklərin”) adı hallanmır.
11 ildir səhnədəyəm və bu illər ərzində hamı məni Sevinc Musayeva kimi tanıyır. Amma başqa məşhur simaların adları ya restoran müdiri, ya telekanal rəhbəri, ya hacı, ya da şirkət direktoru və digərləri ilə qoşa çəkilir.
Alnım açıq, üzüm ağdır. Məşhur olduğuma görə heç kimin yanında minnətli deyiləm. Bu klipdəki libasımı isə modelyer Şəlalə Maqsudova hazırlayıb”.
Sevda Yəhyayeva həmçinin yeni fotosessiyasının kadrarxası məqamlarını da sosial şəbəkədə paylaşıb. Sosial şəbəkə istifadəçiləri isə S.Yahyayevanın sarı rəngli libasının Cennifer Lopesin “Ni Tu Ni Yo” klipindəki obrazı ilə eyni olduğunu yazıblar.
Sevda Yahyayevanın yeni imici üzərində stilist Anar Ağakişiyev çalışıb. Libasını isə modelyer Fikrət Əliyev hazırlayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub