Aktyor Barış Arduç "Kiralık Aşk" serialı bitdikdən sonra yeni layihəyə imza atıb.
Mynews.az Türkiyə mətbuatına istinadən məlumatına görə, o, Star TV ilə razılığa gəlib. Əvvəlki serialında hər seriya üçün 60 min lirə (təxminən 30 min manat) alan Barış yeni layihəsində bu rəqəmi 80 min lirəyə (təxminən 40 min manat) qədər artırıb.
Aktyorun yeni serialının adı, ssenarisi bəlli olmasa da, tərəf müqabilinin ya Fahriye Evcen, ya da Elçin Sangu olacağı bildirilir.
Belə ki, qarşı tərəfin kim olacağına aktyor özü qərar verəcək. Filmi çəkən şirkət Fahriyeye üstünlük versə də, tamaşaçılar onun yenidən Elçinlə çəkilməyini istəyir.
Xatırladaq ki, Sangu və Barış "Kiralık Aşk" serialında “Dəfnə” və “Ömər” obrazlarını canlandırıblar.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub