"Ciciş" kimi tanınan bacılardan Esra Ersoya təcavüz etdiyi iddiasından narazı olan iş adamı Karabova "Böhtan atdılar" deyərək qarşı tərəfə iddia açıb.
Mynews.az Sabah-a istinadən xatırladır ki, Esra Ersoy Yeşim Salkımın köhnə sevgilisi iş adamı Murat Karabovanın ona təcavüz etdiyini iddia etmişdi. Bu iddiadan əsəbiləşən Karabova prokurorluğa müraciət edərək ona böhtan atdığını irəli sürdüyü Esra Ersoyun cəzalandırılmasını istəyib.
Murat Karabova iddiaların yalan olduğunu deyib. İş adamı ifadəsində, Ərsoyun istəyi ilə intim əlaqəyə girdiklərini, daha sonra ona zəng edərək 20 min avro və "Channel" model çanta istəyərək şantaja məruz qaldığını iddia edib.
"Məndən pul istədi "
Karabova prokurorluğa ifadəsində "İstintaq davam edərkən Esra Ersoy pul qarşılığında şikayətini geri götürəcəyini söylədi" deyib.
Təcavüzə uğradığını iddia edən "Ciciş" Esra, Karabovanın şikayətinə bu cavabı verib: "Hansı təcavüzcü "mən tecavüzcüyəm" deyərki?. Mənimlə zorla əlaqəyə girmək istədiyi zaman onu tanımadığımı və aşiq olmadığım bir kişi ilə birlikdə ola bilməyəcəyimi dəfələrlə ona söyləməyimə baxmayaraq mənə heyvan kimi təcavüz etdi. Bu hadisədən sonra sevgilimlə münasibətim pozuldu. Mənə qarışlığında 100 min TL təklif edən özü idi, mən qəbul etmədim. Etdiklərinin əvəzini istəsəm, onun gücü çatmaz buna. Amma istəmədim, çünki Esra Ersoyu pulla ala bilməzsiniz. Esra Ersoy aşiq olmadığı adamın qoynuna girməz, girə bilməz. Mən yaşadığım bu hadisədən sonra aşiq olduğum adamdan ayrıldım. Sakinləşdirici dərmanlarla yaşayıram. "Toparlanacağam" deyərkən, yenidən qarşıma bu adamın yalan açıqlamalarını eşidirəm. Həyatımın içinə etdi. "
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub