Xalq artisti Flora Kərimova xarici ölkədə yaşayan nəvələrindən danışıb.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, sənətkar arzularını dilə gətirib:
“Böyük nəvəm Faiqin 27, kiçik nəvəm Davudun isə 17 yaşı var. Faiq artıq evlilik yaşına çatıb. Arzum budur ki, hər iki nəvəm Azərbaycandan qız seçib evlənsinlər. Bunu özlərinə də demişəm. Oğlum özü də Azərbaycandan sevib-seçdiyi xanımla evlənib. Həyat yoldaşı Teyli dağ yəhudisidir, orta məktəbin birinci sinfindən onuncu sinfinə qədər oğlumla bir yerdə oxuyub. Bir-birinin xasiyyətlərinə bələd olduqları üçün indi xoşbəxt ömür sürürlər. Əlbəttə ailəmizin qayda-qanunları var. Oğlum bugün-sabah 50 yaşına çatacaq, amma bir dəfə də olsun yanımda siqaret çəkməyib. Baxmayaraq ki, rus məktəbini bitirib, uzun illərdir ki Almaniyada yaşayır. Bu mənə olan hörmətdən irəli gəlir. Tərbiyədə demokratiya olmamalıdır. Qanunlar olmalıdır. Nəvələrim də ataları kimi ailənin bu qayda-qanunlarına riayət edir”.

Xalq artist nəvələrinin seçiminə müdaxilə edəcəyini də gizlətməyib:
“Nəvələrim ailə qurarkən, mütləq gedib qıza baxacam, özüm də bəyənəcəm. Lap aralarında sevgi olsa da, onları başlı-başına buraxa bilmərəm. Sevib-seçdikləri qız ailə dəyərlərimizə, Azərbaycan dilinə hörmət bəsləməli, milli adət-ənənələrimizi yaşatmalıdır”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub