Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda avtobus dayanacağının elektron lövhəsində havanın temperaturunun 62 dərəcə qeyd olunmasına münasibət bildirib.
ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, avtobus dayanacağı tam günəş şüasının təsiri altında olduğundan dəmir qızdığı üçün, eyni zamanda asfaltın istisi nəticəsində belə bir rəqəm əmələ gəlib.
Onun sözlərinə görə, Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun temperatur ölçən qurğuları xüsusi meydançalarda yer səthindən 2 metr hündürlükdə yerləşir: "Bir daha qeyd edirəm ki, sırf günəş şüasının təsiri, habelə asfaltın istisi nəticəsində lövhə temperaturu 62 dərəcə göstərib”.
G. Məmmədova qeyd edib ki, stansiyalardan alınmış temperatur göstəricilərinə əsasən, Bakıda və Abşeron yarımadasında dəqiq 42-43 dərəcə isti müşahidə olunur.
Qeyd edək ki, Bakıda avtobus dayanacaqlarından birinin elektron lövhəsində temperaturun 62 dərəcə göstərildiyi foto yayılıb.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub