Müğənni Vüqar Muradov ailə qurmaq niyyətindədir.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə "APA TV"-nin "Show time" verilişində danışıb. Bir müddət öncə nişanı qayıdan Vüqar yenidən eşq yaşamaq istəyini bildirib:
"İl yarımdır ki, nişan qaytarılıb. Yəqin ki, bundan sonra barəmdə neqativ yazılar olmayacaq. Nişan qayıdandan sonra evlənmək həvəsim soyudu. Amma hərdən düşünürəm ki, evlənmək vaxtıdır. Yaş keçir".
İfaçı onu da əlavə edib ki, illərdir övlad həsrəti ilə yaşayır:
"Nə yalan deyim, həqiqətən, bəzən tək yaşadığım üçün çox darıxıram. Harda uşaq gördüm, dərhal yaxınlaşıb öpürəm. Məndə uşaq, övlad sevgisi fantastik dərəcədədi. İnşallah qismət, evlənərəm, övlad həsrətinə son qoyaram".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub