Mynews.az Türkiyə mediasına istinadən məlumatına görə, müğənninin bacısına 4 ay həbs verilib.
Xatırladaq ki, Helin Hülyanın qızı Zəhranın sevgilisi olan Sercan Yaşarın sürdüyü avtomobildə yol polisinin yoxlanışına 20 metr məsafə qalmış yer dəyişdirərək sükan arxasına keçib. Polislərin diqqətindən qaçmayan bu hadisədən sonra onların maşını saxlanılıb.
Yoxlanış zamanı H.Avşarın 2,04 promill içkili olduğu üzə çıxıb. Hadisə ilə bağlı araşdırımalardan sonra məhkəmədə Helinin 6, Sercanın isə 2 il həbsi tələb edilib. Lakin Avşarla Yaşarın yer dəyişərək sükan arxasına keçməsini sübut edən görüntülər olmadığı üçün cəza yüngülləşdirilib.
3 ay 10 gün həbsə məhkum edilən Helinin proses zamanı özünü təmkinli aparması səbəbindən verilən cəza 5 il təxirə salınıb. Sercan yaşar isə 25 günlük həbs edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub