Hər il olduğu kimi bu il də yay mövsümündə boğulma halları qeydə alınır. Son günlər ehtiyatsızlıqdan dənizdə boğulanların sayında da artım müşahidə edilib. Belə ki, dənizdə boğulanlar sırasında məşhurlar və məşhurların yaxınları da var.
Yaxınları və ailə üzvləri dənizdə boğulan məşhurlar haqqında bəzi araşdırmalar aparıb və siyahını sizə təqdim edirik:
Məşhur bəstəkarlar Nailə və Hikmət Mirməmmədlinin 16 yaşında olan böyük oğlu illər əvvəl dənizdə boğularaq dünyasını dəyişib.
Mərhum klarnet ustası el arasında "klarnetin atası" adlandırılan Ata Atakişiyevin böyük oğlu İlkin Atakişiyev 1996-ci ildə dənizdə boğularaq vəfat edib.
Müğənni Tacir Şahmalıoğlunun ən kiçik qardaşı olan 36 yaşlı Mahir Allahverdiyev də dənizdə boğularaq dünyasını dəyişənlər sırasındadır. Hadisə 2015-cil iyul ayının 15-i baş verib.
Bundan əlavə tanınmış azərbaycanlı model "Miss Lafarella" internet müsabiqəsinin iştirakçısı, eyni zamanda fitnes məşqçisi olan Günel Mirzəyeva da yaxın zamanda iyun ayının 27-də Bilgəh çimərliyində bataraq dünyasını dəyişib.
Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılovun əmisi nəvəsi də dənizdə batıb. Faciəvi şəkildə ölən azyaşlının adı İdris olub. N.İsmayılov bu haqda özü məlumat verib və kədərini belə ifadə edib:
“Əzizimiz İdris dünən axşam saatlarında dənizdə batıb. Dəniz dalğalı olduğundan axtarışlar nəticə verməyib. Nurlu, məsum İdrisimizi dəniz qoynuna aldı”.
Son olaraq, ARB kanalının aparıcısı Hüseyn Azərin qardaşı, 29 yaşlı Cavid Əzizov da bir neçə gün öncə 31 iyulda Kürdəxanı çimərliyində boğularaq dünyasını dəyişib.