Əməkdar artist Kəmalə Müzəffər ATV-də yayımlanan "Vicdan haqqı" serialı ilə bağlı açıqlama verib.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa ilk dəfə ekran işinin ikinci mövsümündə iştirak edib-etməyəcəyindən danışıb:
"Hamı çoxlu suallar ünvanlayır ki, seriala qayıdacağam, ya yox. Cavab vermədikcə də, təhdidlər artır. Anlayıram ki, bunların hamısı sevgidəndir. "Vicdan haqqı" serialına qayıtmayacam. Amma mən də olan məlumata görə, başqa bir aktrisa bu obrazı canlandıracaq. İnşaallah, daha möhtəşəm, daha uğurlu və daha fərqli ifa tərzi ilə sizin qarşınıza çıxar və sevginizi qazanar".
Əməkdar artist onu əvəz edəcək aktrisanın kim olduğunu bilmədiyini vurğulayıb.
Qeyd edək ki, K.Müzəffər serialda "Dilarə" obrazını canlandırıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub