“Sosial şəbəkələrdə aktrisa Mila Əminənin cənazəsinin Bakıya gətirilməsi üçün 15 min dolların tələb olunması və bu səbəbdən pul yığılması ilə bağlı yayılan xəbərlər yalandır”.
Bunu Axşam.az-a aktrisanın xalası qızı Rübabə Səfərova deyib. Onun sözlərinə əsasən, cənazənin Bakıya gətirilməməsi Milanın anasının istəyidir:
“Əminənin anası uzun müddətdir ki, Türkiyədə yaşayır. Ona görə qızına yaxın olmaq üçün orada dəfn olunmasını istəyir. Amma qohumlar etiraz edirlər”.
R.Səfərova əlavə etdi ki, aktrisa hazırda reanimasiyada aparata qoşuludur. Onun ürəyi işlədiyi üçün həkimlər orqanının bağışlanmasını təklif ediblər. Lakin aktrisanın yaxınları təklifi rədd edib.
Xatırladaq ki, 29 yaşlı aktrisa meningit xəstəliyindən dünyasını dəyişib. Əminə son olaraq “3 badam, 1 qoz” filmində rol almışdı.

1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub