Akyor Kuzey Varqın yüksək təzyiqdən əziyyət çəkdiyi üçün uzun müddətdir xəstəxanaya yerləşdirilmişdi.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, 1,5 aydır reanimasiyada olan Kuzey bu gün səhər saatlarında vəfat edib.
Bu haqda aktyorun kürəkəni xəbər verib. O, "Nəşi Marmarisdən İstanbula gətiriləcək. Cümə axşamı cənazə namazından sonra dəfn ediləcək" deyib.
Kuzey 2014-cü ildə təzyiq şikayəti ilə xəstəxanaya yerləşdirilmiş, bir müddət müalicə olunduqdan sonra evə buraxılmışdı. 2015-ci ildə isə onda parkinson xəstəliyi aşkarlanmışdı.
Xatırladaq ki, Varqın sonuncu dəfə "Kurtlar vadisi pusu" serialında Adil Eşrefoğlu obrazını canlandırıb.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub