Əməkdar artist Zöhrə Abdullayeva keçmiş həyat yoldaşından danışıb.
Milli.Az-a açıqlama verən müğənni şəxsi həyatından bir çox etiraflar edib:
"İmkanlı ailənin gəlini olmuşam, amma həyat yoldaşım evdə tapılmırdı. Bununla belə hər zaman deyirəm ki, kaş yenə də canı sağ olaydı, ailəsinin başı üstündə duraydı, bu günün özündə belə xəyanətini ona bağışlayardım. Etiraf edim ki, dostluqda və şəxsi həyatımda xəyanətlə çox rastlaşmışam.
İnsana hər şey, eyni zamanda, çox nadir hallarda qismət olur. Hətta kənardan bəxtəvər görünən qadınları da həyatdan küsdürən səbəblər var. Alın açıqlığı ilə deyə bilərəm ki, 27 ildir tək yaşayıram. Allah qardaşımın, gəlinimin, oğlumun canını sağ etsin. Şükürlər olsun ki, bu gün həyatımdan, taleyimdən o qədər razıyam ki, hətta gözə gəlməkdən də qorxuram".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub