ARB TV-nin "Evgördü" verilişinin qonağı olan müğənni Əli Mirəliyev maraqlı açıqlamalar verib.
O, Səməd Səmədov haqda sərt fikrlər səsləndirib:
"Sən öz dilində danışırsansa, musiqini də bilməlisən. Öz musiqini bilmirsənsə, nədən danışa bilərsən?! Bizim xalq artistimizə sual verirlər ki, himnimizi kim yazıb? Səməd Səmədov himnimizi kimin yazdığını bilmir. Bunu balaca uşaqdan da soruşsan, vətənpərvərlik hissi varsa, biləcək. Ora-burasın kəsir, sırğa taxır, 70 yaşı var, amma saçı qaradır, dodağın silikonlaşdırır. Qadın olsa, yenə nəsə anlamaq olar. Mən də o saçları saxlaya bilərdim.
Mən o yaşda da gözəl olmuşam, indi də gözələm. Kişi gərək kişi kimi olsun. Orasın-burasın dartdırmaqla kişi olunmur. Bu cür iradlarımdan sonra məndən inciyirlər. Səmədlə biz dostuq. Televiziyada gördüm ki, himnimizin sözlərini kimin yazdığını bilmir. Dedim ki, bilmirsənsə, vəziyyətdən çıxardın da, soruşardın məndən. Himnin sözlərini kimin yazdığını bilmirsənsə, sən necə xalq artistisən?! Hər bir vətəndaş bilməlidir. Mən ona düzgün yol göstərirəm".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub