Avstraliyada qadın çoxlu protein (zülal qarışıqları əsasında hazırlanmış idman qida əlavəsi) istifadə etdiyi üçün dünyasını dəyişib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, 25 yaşlı model Meqan Hefford evində huşsuz tapılaraq xəstəxanaya aparılıb, iki gün sonra o vəfat edib.
Xəstəxanada hakim müəyyən edib ki, model nadir xəstəlikdən əziyyət çəkirdi, belə ki onun orqanizmi proteini parçalayaraq həzm edə bilməyib. Meqan qarışda gələn yarışmaya qatılmaq üçün yüksək səviyyəli zülalları olan yeməklər, dərmanlar və proteinli idman içkisi qəbul edib.
Hefford UCD adlı xəstəlikdən əziyyət çəkib, proteinin təsiri nəticəsində, onun qanında amiak, beynində isə su yığılıb, bunun nəticəsində onun beyni zədələnib, bu da ölümə gətirib çıxarıb. Model öz ürəyini, böyrəyini və ciyərini bağışlayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub