Tanınmış biznesmen və müğənni Emin Ağalarov şəxsi həyatı ilə bağlı bəzi məqamları etiraf edib.
Mynews.az-ın primetime.az-a istinadən verdiyi məlumata görə, müğənni “Alena, blin!” verilişinə qonaq olub. Jurnalist Alenanın suallarını cavablandıran ifaçı ABŞ-da təhsil aldığı zamanlar ofisiant işlədiyini bildirib: “ABŞ-da olduğum zaman ailəmin mənim üçün göndərdiyi pulu xərcləmişdim.
İkinci dəfə onlardan pul istəməyə utandım. Ona görə kafelərin birində ofisiant köməkçisi kimi işə başladım. Daha sonra ofisiant oldum. Bundan əlavə, ayaqqabı da satmışam. O zamanlar çox gənc idim. Mən, sadəcə, nəyisə tək başına edə biləcəyimi dadmaq istədim”.
Ağalarov bir konsert üçün aldığı qonorarı da açıqlayıb. O, hər konsertdən 1 milyon Rusiya rublu (28400 AZN) qonorar aldığını bildirib.
Şəxsi həyatından danışan sənətçi sevgilisi Alena Qavrilova ilə hələlik evlilik düşünmədiklərini deyib: “Hələ gəncəm. Düşünürəm ki, bu haqda danışmaq çox tezdir. Gələcək üçün başqa planlarım var”.
Şou-biznesdən heç kimlə sevgili olmadığını deyən Emin yayılan şayiələrin həqiqəti əks etdirmədiyini bildirib: “Əsl alicənab insanlar keçmişi və münasibətləri barədə danışmaz”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub