Bu gün mərhum Xalq artisti İlhamə Quliyevanın anadan olmasından 74 il ötür.
Mynews.az xəbər verir ki, Quliyeva İlhamə Məzahir qızı 1943-cü ildə Lənkəran şəhərində doğulub. O, mərhum sənətkar Tükəzban İsmayılovanın qızıdır. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib.
Repertuarında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri yer alıb. 1998-ci ildə Azərbaycanın, 2008-ci ildə Dağıstanın “Xalq artisti” fəxri adına layiq görülüb.
O, Azərbaycanın “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.
İ.Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası, Xalq artisti Tükəzban İsmayılova və ögey atası, Xalq artisti Həbibulla Bayramovun yanında dəfn edilib. İlhamə Quliyevanın vəfat səbəbi keçirilən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyi nəticəsində məlum olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub