Aparıcı Zaur Baxşəliyev illər əvvəl dünyasını dəyişən atasını xatırlayıb.
Mynews.az-ın məlumatına görə, aparıcı onun fotosunu İnstaqram səhifəsində paylaşaraq, ürək sözlərini bölüşüb:
“Mənim nur üzlü, şah atam... Nəslin ağsaqqalı, hamının əlini çörəyə çatdıran dəyərli insan, şəxsiyyət. Atam, bu gün də sənin çörəyini yeyənlər, yolunu, işini davam etdirənlər var. Həyatda öyrətmək gözəl şeydir.
Bir insan həyatında bir dəfə də olsun övladlarının üstünə səsini qaldırmazmı? Heç vaxt ondan belə şeylər görmədik. Bəlkə də sizlərə bu qəribə gələr... Bir uşağımız var, gündə bəlkə yüz dəfə əsəb keçiririk. Amma ağlım kəsəndən və kəsməyəndən hələ bir dəfə onun qaşının çatıldığını görmədim. Allah sənə rəhmət eləsin, ata!
Sazı ifa edəndə həmişə gəlib göz önümdə durur. Mənə sazı, sözü, elmi öyrədən atam. "Kaş” deməkdən heç xoşum gəlmir. Amma yeganə insansan ki, sənə görə içimdə çox "kaşlar" var. Hər halda sən məni başa düşdün, bu, bəs edər”.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub