USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Renkadan prodüsser Təranəyə O boyda arxaya "kupalnik" geyinməzlər - VİDEO

16:33 17.08.2017
Renkadan prodüsser Təranəyə O boyda arxaya "kupalnik" geyinməzlər - VİDEO
16:33 17.08.2017

ATV kanalının Şamaxı şəhərindəki baş tutacaq yeni layihəsi - “Top Ulduzlar” qalmaqalla başlayıb. 

Çəkiliş prosesində iştirak edən BAKU.WS-in əməkdaşı prodüser Təranə Səmədova ilə Rəqqasə Renka Ağamuradovanın arasında mübahisənin şahidi olub. Yeni layihənin rəhbəri və aparıcı Azər İsmayılov yarışmanın məşhur simaları ilə tanış olarkən otaqda iştirakçılardan sakitliyə riayət etmələrini xahiş edib. İlk cərgədə əyləşən rəqqasə Renka arxaya çevrilərək aparıcının xahişini təkrarlayıb. Prodüser Təranə Səmədova Renkanın bu sözünə sərt reaksiya verib. O, R.Ağamuradovaya “Sən kimsən, mənə “sakit dur” deyirsən? “Kakaya to tansovşitsa” ( hansısa rəqqasə)” cavabını verib. 

Daha sonra iki şou-biznes nümayəndəsinin arasında söz savaşı yaşanıb. Onlar bir-birlərini təhqir ediblər. T.Səmədova Renkanın ittihamlarını sərt şəkildə “Lap ən axırıncı qadınam. Əcəb eləmişəm. Sənə nə?!” cavablandırıb. Youtube fenomeni Səbuhi Xanlarov xanımları sakitləşdirməyə cəhd edib. Lakin mübahisəyə aparıcı Azər İsmayılov son qoyub. O, Renkanın zaldakı yerini dəyişərək arxa cərgədə oturmasını xahiş edib. Buna baxmayaraq, məşhurların arasında böyük qalmaqalın davam etməsi gözlənilir. 

Belə ki, “Top Ulduzlar”ın qala gecəsində T.Səmədova mətbuat konfrasında yaşanan narahatlıq ilə bağlı 30 iştirakçıdan üzr istəyib. Yarışma isə 32 iştirakçıdan ibarətdir. Qaydalara görə, komanda 2 nəfərdən ibarət olacaq. Oyun 20 dəqiqə davam edəcək. Yarışmaçılar 10 gün Şamaxının Şirvan hotelində qalacaqlar.


Xəbər lenti

300x200r