1997-ci ildə lentə alınan "Titanik" filmində Uinslet və Di Kaprio cütlüyü tərəf müqabili olmuşdu.
Ölkə.az xəbər verir ki, cütlük 20 il sonra Sent Trope sahillərində bir yerdə görüntüləniblər.
Sent Tropedə bir yerdə istirahət edən iki yaxın dost kameralara tuş gəliblər. Məşhur aktrisa Keyt Uinslet Di Kaprio ilə dost qala bilməyinin sirrini açıqlayıb:
"Leonardo məni oğlanlarla bir tuturdu. Çünki mən heç vaxt "qız kimi qız" olmamışam. Film çəkilişlərində uzun müddət çalışmaq məcburiyyətində qalırdıq və bir-birimizə alışmışdıq, yaxşı dost olmuşduq. Artıq 20 il keçib və biz hələ də çox yaxın dostuq. Düşünürəm ki, dostluğumuzun uzun müddət davam etməsinin səbəbi aramızda sevgi macərasının olmamasıdır".

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub