Tanınmış aparıcı Günay Firudinqızı dostlarının saxta olmağından şikayətlənib.
Publika.az xəbər verir ki, aparıcı bu barədə fikirlərini instaqram hesabında dilə gətirib:
“Siz elə bilirsiniz ki, səhnədəkilər aktrisadır? Bəzi insanların yanında qətiyyən. Bəzən elə hadisələrin şahidi olursan ki, qəhrəmana baxıb "əhsən" deyirsən. “Sənin yerin səhnəlik imiş” demək keçir könlündən. Susursan, yaşından utanırsan, “ayıbdır” deyib, özünü boğursan. Qarşındakı isə səni tamaşaçı bilib rolunu daha da məharətlə canlandırır. Kimlərəsə xoş görünmək üçün başqasını baltalayırlar. Guya, səninlə arası yoxmuş kimi şou sərgiləyirlər. Onda da təəccüblənirsən: Allahım, uzun illərdir burnumdan girib ağzımdan çıxan bu deyildimi? İndi nə oldu? Demək ki, cibi dolub, mənəviyyatı boşalıb. Pul gəlmiş, papaq getmiş. Paxıllıq gəlmiş, sevgi itmiş... Eləsini görəndə onu sakitcə "qara siyahıya" atmaq lazımdır. Həyatında izi-tozu da qalmasın”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub