"Musanı şoka sala bilirəm" - Təranənin "Valentin"i
14 fevralı “Sevgililər günü” kimi qeyd edənlər sırasında incəsənət dünyasının tanınmış simaları var. Hətta onların əksəriyyəti sosial şəbəkədə öz həyat yoldaşı və sevgililərinə aldıqları hədiyyənin fotosunu paylaşır, özəl günü qeyd etdiyini bildirirlər.
Ancaq şou-biznesdə ən çox müzakirə olunan, efirlərə bir çıxan, bir qalmaqal edən və bir oxuyan Təranə Qumral və Musa Musayev cütlüyü xüsusi fərqlənib.
Təranə Qumral bu günlə bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb:
- Təranə xanım, Musa bəy sizə necə evlilik təklifi etmişdi?
- (Gülür). Evlilik təklifi üçün nə etmək lazımdır? Birinci deyirsən ki, səndən xoşum gəlir, sevirəm. Daha sonra evlənmək istədiyini bildirirsən. Bizdə də belə oldu. Üç söz birləşməsindən ibarət: “Xoşuma gəlirsən”, “Səni sevirəm”, “Evlənmək istəyirəm”. İnsan bir-birini sevəndə səhvini bağışlayır, günahından keçir. İnsan sevəndə bağışlamağı bacarmalıdır.
- Təranə xanım Musasız, Musa Təranəsiz hara gedir?
- İkimiz hər zaman bir arada oluruq. Səsyazma studiyası, el şənlikləri, yas mərasimlərinə, alış-verişlərə bir gedirik. Bircə Musa səhər uşağı məktəbə aparanda tək gedir, daha sonra evə gəlir.
- Hansınız daha romantiksiz?
- Mən daha çox romantikəm. Ancaq Musa müəllimi də danışdırsaz, o da “mən” deyə cavab verə bilər. Məsələn, süprizləri çox sevirəm. Musa müəllim evdən çıxır, onun üçün xüsusi şeylər hazırlayıram. Onu şoka sala bilirəm. özündən xəbərsiz gözəl hədiyyələr alıram. Təəccübləndirəcək işlər görürəm. Bu gün də hazırlamışam. Axşama toy məclisimiz var. Yəqin ki, bilirsiz, böyük qızlarım var. Onlar gəlib evə hazırlıq edəcəklər. Mən demişəm ki, biz gələnə kimi evi hazır edin.
- Sevginizi qarşı tərəfə necə göstərirsiniz?
- Sevgini hər dəqiqə göstərə bilmirsən. O, içdən gəlir. Əslində mən dır-dır edən bir xanım deyiləm. Əməllərimlə ona sevgimi sübut edirəm. Kişiyə sevgini necə göstərmək olar? Vaxtı vaxtında qulluğunda dururam, hər şeyi təmizləyib hazır edirəm. Yeməyini hazır edirəm, uşaqlarına baxıram.
Gözəl bir anayam. Bunlar mənə elə gəlir ki, kifayətdir. Musa müəllim də tez-tez sevdiyini demir. Bizim heç vaxtımız olmur, çox məşğul oluruq. 3 qızım və 3 nəvəm var. Səhər durub bizə qaçırlar. Oturanda bir banket oluruq. Hər dəqiqə səni sevirəm deyə bilmirəm. Məqamı gəldikdə deyə bilərəm.
- Musanın sizə aldığı ən yadda qalan hədiyyəsi?
- O, mənə çox hədiyyə alıb. Amma düşünürəm ki, özü mənə ən böyük hədiyyədir. Onun gözəl ürəyi var. Heç bir hədiyyə güdmürəm. Büdcəmiz eynidir, ürəyim istəyən hər şeyi ala bilirəm. Allaha şükür edirəm. Onun cibi ayrı deyil ki? Oğlan başqa, qız başqa evdə olanda hədiyyə almaq olar. Sevgili cütlükləri deyə bilərik. Bizim evimizdə belə deyil.
- Yaş sevgini məhv edə bilir?
- Yaş sevgini öldürmür. Musa məni indiyə kimi qısqanır. Hər şey göz qabağındadır. Ona deyirəm ki, səni öldürsə, qısqanclıq öldürəcək. Çox qısqancdır. Hər dəqiqə bunu demir, amma əməlləriylə başa düşürəm. Ürəyim ağrıyır, istəyirəm ki, məni qısqanmasın. Qısqanclığın onun beyninə, orqanizminə təsir etməyini istəmirəm. Sevginin günü də olmur ki... Biz hər gün sevgi doluyuq. Dünən də, bu gün də, sabah da sevəcəksən.
Maqazin
- "Atanın övladına sahib çıxmamağı fəlakətdir" - Tarix Əliyev
- "Toya gedən müğənni fəxri ad almamalıdır" - Sayqa Cahid
- Ağadadaş Ağayevin hücum etdiyi mühafizəçi ilə bağlı YENİ DETALLAR
- Ağadadaş Ağayev "Xalq artisti" adından məhrum edilə bilər?
- Azərbaycanlı məşhurların xaricdəki mülkləri - İstanbulda kimin evi var?
- Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Siqaret kötüklərini yerə atanların nəzərinə! - cəriməsi 6 dəfə qalxdı 1041 dəfə oxunub
- 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş - Sevinc qətlə yetirilərkən hamilə olub 1041 dəfə oxunub
- 4-cü kurs tələbəsinin meyiti tapıldı 1026 dəfə oxunub
- Avtomobildən bayıra əşya atanlar cərimələnəcək 1007 dəfə oxunub
- Faciəvi şəkildə ölən İlahə tanınmış sənətçinin qızı imiş 1003 dəfə oxunub