USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Azərbaycanlı müğənni boşanma səbəbini AÇIQLADI: "Uşağım tələf olandan sonra..."

16:30 18.08.2017
Azərbaycanlı müğənni boşanma səbəbini AÇIQLADI: "Uşağım tələf olandan sonra..."
16:30 18.08.2017

Mynews.az Niyam Salaminin ailem.az-a müsahibəsin təqdim:

- Niyam bəy, hazırda sənətçilərin əksəriyyəti hansısa istirahət mərkəzlərində, xarici ölkələrdə dincəlməklə məşğuldurlar. Bunu onların həmin yerlərdən çəkib sosial şəbəkələrdə paylaşdığı fotolardan da görürük. Siz nə əcəb bu isti yay günlərində şəhərdəsiniz?

- Mən üç ildir ki, istirahət etmirəm. Ay gedim Bodruma, filan... Orada xərclədiyim üç mini sənətimə qoyaram, anama verərəm. Suraxanıda xalçanın üzərində uzanıb 1 saat rahat yatmaq mənim üçün elə istirahət deməkdir.

- Bildiyimiz qədərilə subaysınız...

- Bəli, indi subayam, amma ailəli olmuşam. Amma illər dəqiq yadımda deyil. Hardasa 4-5 il bundan qabaq olub.

- Ailənizin dağılmağına səbəb nə oldu?

- Bir-birimizlə anlaşmazlıq səbəbindən ayrıldıq. Bilirsiz, indi boşanmaların çoxu psixoloji durumla bağlıdır. İstər kişi olsun, istər qadın səhnədə olan insanın tamam başqa ürəyi, düşüncəsi var. Ümumiyyətlə, incəsənət adamları Allah tərəfindən seçilmiş insanlardır. Onun hərəkəti, danışığı digər insanlardan ayrılır. Biz tamaşaçı üçün yaranmışıq. 500-1000 nəfərin arasına çıxırsan, onları ağlada da bilirsən, güldürə də. O səhnədən düşəndən sonra sənin ürəyini duyan, hisslərini başa düşən və əsəbinə toxunmayan  qadının olmalıdır evdə. Başa düşən adam olmalıdır ki, telefon niyə koddadır. Filankəs niyə zəng etdi, niyə salam verdi? Bunlar adamı yorur, bezdirir... İndi mənə heç kim demir ki, niyə kimsə sənə zəng etdi? Mənim müstəqilliyimi qadın ala bilməz əlimdən, bu mümkün deyil. Bəzi qadınlar var, deyir mən hara gedirəmsə, sən orada olmalısan. Elə deyil axı. Ay qadınlar, siz bilmirsiniz ey, kişilər necə pul qazanır. Sənət adamı saat 4-də başqa şey fikirləşir, onun fikirləri tamamilə başqadır. Düşünürsüz ki, sənət adamı heç vaxt ailə qurmamalıdır? Xeyr, sənət adamının da ailəsi olmalıdır. Amma düşünürəm ki, sənət adamı elə sənət adamı ilə evlənməlidir. Çünki onlar bir-birini daha yaxşı başa düşür.

- Bəs bu sənət aləmində elə biri ilə rastlaşmamısınız?

- Rast gəlmişdim... Bir müddət əvvəl hətta müğənni Səidə Sultana evlilik təklifi də etmişdim. Biz dost idik. Xasiyyətini, xüsusiyyətini bildiyim üçün ona dedim ki, gəl evlənək. Onun fikri çox önəmli idi. Düşündüm ki, qadındır, bəlkə öz istədiyi var. Amma dedi, sən mənim "qaqaşımsan", səni qardaşımdan da artıq istəyirəm. Yatıb yuxuma da gətirə bilmərəm belə bir şeyi. Nəyə görə Səidəni dedim? Ona görə ki, Səidə kimi, onun tipajında bir qızla, xanımla, müğənni ilə evlənə bilərəm. Yəni diribaş, adamı başa düşən olsun. Ona deyəndə ki, evdəyəm, bazardayam, ya hardayam elə də başa düşür. Daha artıq sual vermir. O da bilir ki, mən düz danışıram. Harada deyirəmsə, deməli oradayam. Bir-birimizi başa düşürük. Mən Səidədə gördüm özümün yarımı.

- Hələ də onu sevirsiniz?

- Xeyr, indi belə bir şey düşünmürəm. O, artıq mənim dostumdur. Əvvəl də dostum idi. Mənim xoşum gəlir - əvvəl dost olursan, sonra keçirsən daha yaxın münasibətə. Bu, bizim nəsildə də olub. Kiminləsə ailəvi dost olursan, daha sonra yaxınlaşıb qohum olursan.

- Bəs keçmiş həyat yoldaşınız qohumunuz idi?

- Bəli, ana tərəfdən qohumla evlənmişdim. Elə ailə söhbətləri var ki, açmaq olmur. Hərənin öz bağlı qapısı, yazılmamış qanunları var. Bizim aramızdakı ayrılığın mövzusu müzakirə edilə biləsi mövzu deyil. Çox sual verirlər ki, axı niyə ey, niyə ayrıldız? Bu, bir ailə söhbətidir. Biz bir ayın içində tanış olduq. Evdəkilər də sındıra-sındıra oynamaq üçün məni tez evləndirdilər. Məndən böyük qardaşım Rusiyada Tümen şəhərində yaşayırdı. O, Azərbaycana gec-gec gəlirdi. Anam dedi ki, qoy qardaşın gələndə toya gəlsin. Mən də dedim ki,özünüz məşğul olun bu işlə. Ailəm maraqlandı, qohumdan-bacadan tapdılar həmin qızı. Belə-belə, bir ayın içində toy oldu. Biz ayrılanda da hər iki tərəfdən qohumlar oturub söhbət ediblər və biz ayrılmışıq. Davasız, şavasız. Deyim ki, lazım gəlib 12-nin yarısı da evdə olmuşam, nə bişirsələr, yemişəm. Su da qoysalar qabağıma deyinməmişəm. Heç vaxt bəhanə edib yemək üstündə də dava etməmişəm. Qayğanaq da bişirsə, yemişəm. Amma nə isə alınmadı...

- Həmin evlilikdən övladınız var idi?

- Bəli, övlad var idi, amma ona doğulmaq qismət olmadı. Yəni yoldaşım hamilə idi, 3 aylığında nə isə problemlər yarandı və uşaq tələf oldu. Deyə bilərəm ki, bizim ailəmizdə əsas problemimiz də bundan yarandı.

- Yenidən övlad sahibi olmaq istəyirsinizmi?

- İndi heç istəmərəm ki, övladım olsun. Mənim 41 yaşım var. Bu yaşdan sonra mən evlənəsi, uşağım böyüyəsi, ondan sonra bilmək olmaz başıma nə gələcək. Çünki bir dəfə nişanlı olmuşam, bir dəfə evlənmişəm. Bəsdir, yetər. Qardaşımın İsmayıl adlı oğlu var, adı babamın adıdır. Bacımın da Həliməxatun adlı qızı var, nənəmin adıdır. Vəsiyyətimi də etmişəm. Allah qoysa böyüyərlər, mənə də baxarlar. Fərqi nədir, onlar da mənim qanımdır. Ailəmizdə səkkiz uşağın içində bir dənə mən evlənməsəm, problem olmaz. Mənə dayaq olan insanlar var. Bacı var, qardaş var, mən onları ata bilmirəm. Mənə deyirlər ki, hərənin öz ailəsi, öz evi var. Yox, elə deyil, mən kasıblıq görmüşəm. İstəmirəm ki, bacımın balası da o çətinlikləri görsün. Eybi yoxdur, qoy mən günah edim. Bilirəm ki, bu, günahdır, qoy bir günah məni yandırsın, amma gözümün qabağında mənim qanımdan olan insanlar normal yaşasın.

- Uşaqlıqda çox çətinlik çəkmisiniz deyəsən...

- Biz ailədə səkkiz uşaq olmuşuq. Kənd evi olub, böyük ailənin içində böyümək bir az riskdir. Oradan həm götürə bilərsən, həm də götürməyə bilərsən. Amma mən yaxşı şeylər götürdüm. İndi uşaqları "pamperslə" böyüdürlər. Atırlar uşağı bir yana, heç saatlarla baxmırlar. Anamın qışın günü buzu sındırıb bizim çirkli əsgiləri yuduğu, əziyyət çəkdiyi hələ də gözümün qabağındadır. Mən ailəmi atım ki, indi sənətlə məşğul oluram?

- Şou-biznes nümayəndələrinin əksəriyyəti uğur qazanmaq üçün falçılara üz tuturlar...

- Çünki onlar sağlam rəqabət apara bilmirlər oan görə də bu əməllərlə məşğuldurlar. "Quran"da da var ki, falçıya gedən də, onu edən də lənətlənir. Qara əmələ aid dualar var, onları oxuyub bu pis əməldən qoruna bilərsən.

- Sizin hansısa mənfi vərdişləriniz varmı? Məsələn içki, siqaret...

- Əvvəllər içki də içirdim, siqaret də çəkirdim. Deyə bilərəm ki, diskotekalar, klublar çox gəzmişəm. Amma özümdə yaxşı bir xüsusiyyət olub ki, özümü bu əməllərdən çəkindirdim və hamısını tərgitdim. İndi düşünürəm ki, niyə bu pis vərdişlərdən asılı olum axı?! İstəyirəm namaz qılım. Həccə hazırlaşıram. İstəyirəm, namaz qılan insan necə olursa, mən də elə olum. Allah məni həmin məqama çatdırsın. Bu məqama yetişmək elə də asan deyil, deyərdim ki, mümkünsüzdür. Çünki indi iblis qəlbli insanlar çoxdur, adamı yolundan azdırırlar...


Xəbər lenti

300x200r