Ötən günlərdə yeni filmi "Gecə qonağı 2"-nin tizerini yayımlayan Kənan MM həyat yoldaşına jest edib.
Mynews.az publika.az-a istinadən bildirir ki, rejissor baş rollarını aktrisa Pərvin Abıyeva ilə paylaşdığı filmə Aygün Mahmudovanı da daxil edib.
Belə ki, filmin soundtrekinin sənətçinin həyat yoldaşının oxuduğu üzə çıxıb. Bu barədə saytımıza açıqlama verən Kənan MM faktı təsdiqləyib:
"Mərhum bəstəkarımız Ramiz Mirişili ilə söhbətimiz olmuşdu ki, Aygün onun mahnılarından ibarət bir albom çıxarsın. Lakin onda yeni ailə qurmuşduq, elə oldu ki, alınmadı. Mən də fikirləşdim ki, həm köhnə mahnıdır, həm də Ramiz bəyin arzusunu həyata keçirmiş olaram. Filmin PR-i ümumilikdə bu mahnı üzərindədir".
Rejissor "Gecə qonağı 2"də əlavə iki mahnının da istifadə edildiyini bildirib. Bunlardan biri əməkdar artist Röya Ayxanın "Dostumsan, yoxsa sevgilim?", Ramalın ifasında olan "Mən səni bu qədər sevməməliydim" mahnısıdır.
Qeyd edək ki, filmin soundtreki mərhum sənətkar, xalq artisti Şövkət Ələkbərovanın "Bir könül sındırmışam" adlı mahnısıdır. Mahnının sözləri İslam Səfərlinin, musiqisi isə Ramiz Mirişlinindir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub