Gənc iş adamı Umid Evirgenlə sevgili olan türkiyəli aktrisa Tuba Büyüküstünün ilk görüntüləri ortaya çıxıb.
BiG.AZ xəbər verir ki, cütlük dünən Nişantaşında bir kafedə görüntülənib. Kafedən çıxarkən kameraları görən cütlük təəccübünü gizlədə bilməyib. Tubadan 9 yaş kiçik olan Ümid Evirgen “Vəssalam, indi yandıq” deyə reaksiya verib. Əkiz anası olan aktrisa isə üzünü digər istiqamətə çevirib.
Məlumat üçün bildirək ki, 35 yaşlı Tuba Büyüküstün 6 il evli olduğu həyat yoldaşı Onur Saylakla iyunun 5-də rəsmi qaydada boşanıb.
Bundan başqa, "Gizli Kalsın” adlı gecə klubunun sahibi Ümid Evirgen sevgilisi Tuba Büyüküstün ilə şəkilini çəkən müxbirin fotoaparatını silahla hədə-qorxu gələrək əlindən almışdı. Müxbirin məhkəməyə müraciətindən sonra o, həbs cəzasına məhkum edilsə də, bir neçə həftə sonra azadlığa buraxılıb.



1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub