Mynews.az Sonxeber.az-a istinadən "Tanınmışların əsl peşələri" adlı kiçik rubrikası çərçivəsində Azərbaycanlı məşhur simaların əsl peşəsini təqdim edir.
Tanınmış aparıcı Xoşqədəm Hidayətqızının əsl peşəsi tarixçidir. O, 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.
1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib və 1995-ci ildə ali təhsilini başa vurub.
Sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Lakin ən böyük arzusu jurnalist olmaq olub...
1998-ci ildə "Üç nöqtə" qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb. X.Hidayətqızı müxtəlif vaxtlar ATV, ANS telekanallarında "Səni axtarıram" adlı verilişinin aparıcılığını edib. Hazırda Xəzər TV-DƏ "Bizə danış" verilişinin aparıcısıdır.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub