Xəbər verdiyimiz kimi dünən ölüm xəbəri yayılan müğənni Nazim Pişyari (Faytonçu) bu hala düşməsində "ElMed" klinikasını və onu əməliyyat edən həkim Elman Əzimovu günahlandırıb.
Mynews.az xəbər verir ki, məsələ ilə bağlı müğənnini əməliyyat edən həkimlə əlaqə saxladıq. "Qaynarinfo"ya Elman Əzimovun adından açıqlama verən köməkçisi bu əməliyyatda xəstəxananın və həkimin heç bir günahının olmadığını dedi:
"Belə xəstələrdə 4-5 dəfə əməliyyat riskləri olur. Biz bunu Nazim Pişyariyə əvvəlcədən demişdik. Birinci əməliyyatı Bakıda, ikinci əməliyyatı da Türkiyədə olub. Bizdə olan məlumatlara görə hazırda vəziyyəti stabildir".
Qeyd edək ki, müğənni dünən unikal.org saytına verdiyi müsahibəsində əməliyyatın uğursuz keçdiyini və sonradan fəsadlar yarandığını, bu səbəbdən də şəfa tapmaq üçün digər ölkələrə getmək məcburiyyətində qaldığını bildirmişdi.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub