Türkiyənin tanınmış müğənnisi Sıla Gençoğlu avtomobil qəzası keçirib.
Mynews.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İsmail Serkan Güneyin Ankara istiqamətində idarə etdiyi avtomobil Yeşilyayla ərazisində yoldan çıxaraq diyirlənib.
Hadisə zamanı avtomobildə olan Sıla Gençoğlu, Hande Kızıl və Büşra Sarıkaya yaralanıb, sürücü isə qəzadan yara almadan xilas olub. Yüngül yaralanan Gençoğlu təcili yardımla Düzce Atatürk Dövlət Xəstəxanasının təcili xidmətinə gətirilib və ona tibbi müdaxilələr olunub. Digər yaralılar isə Hendek Dövlət Xəstəxanasına aparılıb.
Səhhətində ciddi problemləri olmayan ifaçı xəstəxanadan evə buraxılıb. H.Kızıl ilə B.Sarıkayanın müalicəsi isə davam etdirilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub