Tanınmış teleaparıcı Çiçəyin (Şəhla Vakkas) “Xəzər TV”-dən ayrılmağı barədə xəbər yayılıb.
Mynews.az Qafqazinfo-ya istinadla məlumata görə, iddia olunur ki, o, yeni sezonda sözügedən kanalın efirində olmayacaq.
Teleaparıcı televiziyanın mövsüm çəkilişlərində iştirak etməyib.
Mövzu ilə bağlı “Xəzər”in musiqi departamentinin rəhbəri Kənan Bayramov məlumatı təkzib edib: “Şəhla xanım hələ də “Xəzər TV”-nin əməkdaşıdır və “Araz FM”-in rəhbəridir. Sadəcə olaraq, aparıcılıq etdiyi proqramlar bağlanıb”.
Ş.Vakkas isə açıqlamasında efirin radiodakı vəzifəsinə təsir etdiyini söyləyib: “Radionun rəhbəri olaraq qalıram. Amma kanalda yayımlanan iki verilişin bağlanmağı sual altındadır. Bu, mənim radiodakı işimlə bağlıdır, çatdıra bilmirəm. Düşünürəm ki, davam edə biləcəm, ya yox.
Proqramlar radiodakı rəhbər vəzifəmə təsir edir. İki verilişdən birini, ən azından “Şans mələyi”ni davam etdirmək istəyirəm. Çünki bu layihənin savabı çoxdur, insanlara yardım göstəririk”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub