Tanınmış kinorejissor Elşən Məmmədov Facebook statusunda əməkdar artist Elza Seyidcahanı ələ salıb:
"Belə getsə, yeni İt-Pişik Nazirliyi yaranacaq. Elza Seyidcahan da nazir olacaq. Biz də it-pişiklərimizdən birdəfəlik arxayın olarıq..."
Mynews.az azxeber.com-a istinadən bildirir ki, yeniçağ.az-a açıqlama verən Seyidcahan qəzəbini şeirlə ifadə edib:
"O insanlar gecə-gündüz "Elza" deyib sayıqlayır. Yazıqlar "Elza xəstəliyinə" düçar olublar. Onların da dərdinin bir dərmanı var - mənim şeirlərim. Getsinlər oxusunlar, şəfa tapsınlar. Mənə görə narahat olan o insana "Get işinlə məşğul ol", şeirimlə cavab verirəm. O şeirdə elə misralar var ki...
"Gəl öp məni, məşhur olaq...
Söyürəm səni... get işinlə məşğul ol"...
O misralar həm də söyüşdür, özü də keyfiyyətli söyüş. Ay adam, get işinlə məşğul ol... Mənə görə narahat olma, Elza elə bir zirvədədir ki, ona əl çatmır".
Qeyd edək ki, Elşən Məmmədov "Fəryad", "Qara volqa" kimi məşhur Azərbaycan filmlərinin üzərində çalışıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub