Əməkdar artist, tanınmış aktrisa Naibə Allahverdiyeva şəxsi həyatından danışıb.
Yenicag.az-a açıqlama verən aktrisa heç vaxt xoşbəxt qadın olmadığını bildirib:
“Şəxsi həyatımda yaşadığım elə şeylər var ki, açıb deyə bilmirəm. Qorxuram, desəm məni qınayarlar. Uşaqlığımdan ta bu yana, xoşbəxt qadın olmamışam. Ümumiyyətlə, xoşbəxtlik nə olan şeydir, xəbərim yoxdur. İki dəfə ailə həyatı qurdum, amma ikisində də bu səadəti mənə yaşadan olmadı. Qadın kimi bütün güzəştlərə gedirəm, sədaqətliyəm, əlimdən hər iş gəlir, bundan artıq neyləməliyəm axı? Amma yenə də şanssız qadınam”.
Aktrisa cəmiyyəti nəzərə alaraq addım atdığını da gizlətməyib:
“Cəmiyyəti də nəzərə alan adamam. Heç vaxt istəmərəm ki, mənim haqqımda nəsə pis sözlər danışsınlar, dedi-qodu yaysınlar. Buna görə çox vaxt nələrəsə göz yumuram, dözüb otururam. Belə də ki, ailə qurmamışam ki, onu dağıdım. Mən də istəyirəm ki, həyat yoldaşımla bu yolu axıra qədər bərabər gedək. Amma heç kim bilmir sabah başına nə gələcək”.
Qeyd edək ki, bir neçə ay əvvəl ikinci həyat yoldaşının N. Allahverdiyevadan qul qopardaraq, ona xəyanət etdiyi barədə məlumat yayılmışdı.
Aktrisa Yenicag.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirmişdi:
“Sosial şəbəkədə ünvanıma yazılan rəylərdən bezmişəm. Bütün günü şəxsi həyatımı müzakirə edirlər. Hərə bir şey yazır, deyirlər, guya ərim məni atıb gedib, guya o məndən 20 yaş böyükdür. Əslində, yoldaşım məndən cəmi 5-6 yaş kiçikdir. Ən dəhşətlisi isə budur ki, guya mən onun biznes qurması üçün kimdənsə 200 min manat borc götürmüşəm. O da həmin pulu alandan sonra sevgilisi ilə özünə iş qurub, məni də atıb. Buna görə də əsəbdən xəstəlik tapmışam. Yalandır, biz bir yerdəyik, arada bütün ailələr kimi söz-söhbətimiz də olur, amma keçib gedir”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub