ATV-nin tanınmış siması Mətanət Əliverdiyeva azxeber.com-a müsahibə verib.
Mynews.az xəbər verir ki, o, iki oğuldan sonra qız anası olmaq istədiyini və bir ara boşanma xəbəri ilə gündəmə gəlməyinin şou olduğunu etiraf edib.
“Ailədə elə şeylər olur ki, qadın onu gizlətməlidir. Qadın ailədə aparıcı qüvvədir. Bütün prosesləri qızışdıra, soyuda da bilər. Ona görə ana olmaq çətindir.
İki oğul övladım var. Biri böyükdür - 26 yaşın içindədir. O birisi isə hələ balacadır, 3-cü sinifdə oxuyur. İki oğlan övladından sonra qız anası olmaq istərdim. O da ki qismət. Bilirsiniz, qız anası olmaq böyük bir məsuliyyətdir”,- deyə aparıcı söyləyib.
O, “Mətbuatda həyat yoldaşınızdan ayrılmağınızla bağlı xəbərlər yayılmışdı. Yenidən ailə həyatı qurmaq istəyərdiniz?” sualına isə belə cavab verib: “Mənim ailəmə nə gəlib ki? O da bir şou idi. Hər bir şeydə şou axtarmaq lazımdır” (gülür).
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub