USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Türk filmində "maşennik" kimi oynayan azərbaycanlı aktyor: "Məni heç kim QINAMASIN!"

20:50 22.08.2017
Türk filmində "maşennik" kimi oynayan azərbaycanlı aktyor: "Məni heç kim QINAMASIN!"
20:50 22.08.2017

Türk aktyorlarla "O kuş buraya gelecek" filminə çəkilən aktyorumuz Müşfiq Şahverdiyev BiG.AZ-ın qonağıdır. 

- Xoş gördük, Müşfiq bəy. Dəvətimizi qəbul etdiyiniz üçün çox sağ olun. 

- Mən də sizə təşəkkür edirəm bizləri daim diqqətdə saxladığınız üçün. 

- Müşfiq bəy, elə isə yeni layihələrdən, yeni işlərinizdən danışaq. 

- Bu il film çəkmədim, istədim istirahət edim, ancaq mümkün olmadı. 3 filmə arxa-arxaya çəkilirəm. Televiziya layihəm də var. Avqustun 4-ü "Artlemma" şirkətinin istehsalı olan "O kuş buraya gelecek" filminin çəkilişinə başladıq.

- Azərbaycanlı aktyorlardan filmə yalnız siz dəvət almısız?

-Mən tək deyiləm , digər aktyorlarımız da bu filmdə rol alıb. Baş rolda mən və Ufuk Ozkan olacaq. Filmdə nadir quşların alverini edən Qəzənfər obrazındayam, "Maşennik" kimi.

- Müşfiq bəy, qeyd etdiyiniz kimi, filmdə azərbaycanlı kimi "maşennik" obrazını canlandırmısınız. Sizcə, bu obraz izləyicilərdə qıcıq yaradacaqmı? Çünki bir azərbaycanlının əcnəbi filmdə məhz "maşennik" kimi qələmə verilməsi həmyerlilərimizin etirazına səbəb ola bilər.

- Təbii ki bütün bunları nəzərə almışam. Filmdə azərbaycanlı kimi "maşennik" obrazını canlandırmışam. Bu o demək deyil ki, azərbaycanlılar tərəfimizdən əcnəbi ölkədə pis qələmə verilir. Sadəcə olaraq obrazdır. Təklif edilib, qəbul etmişəm. Mən aktyoram, tapşırılan və boynuma götürdüyüm işin öhdəsindən gəlməliyəm. İzləyicilərimizə də demək istərdim ki, burda qınanılası heç nə yoxdur. Film komediya janrındadır və "Qəzənfər" də sadəcə bir obrazdır. 

-Film təklifi kimdən gəldi?

- Ssenaristlər Təvəkkül və Yılmaz bəyin ortaq işidir. Onların təklifi ilə bu rola çəkildim. Ssenari türk dilindəydi deyə çətinliyim oldu, hətda düşündüm ki bəlkə filmə çəkilməyim. Lakin sonra qətiyyət göstərdim və məncə bacardım. Türklər mat qaldı ki, mən necə 3 gün ərzində həm türk dilində belə düzgün danışıram, həm də rola girə bilirəm. Gözləntiləri az idi məndən. 

Türk filmində

-Qonorar nə qədərdir? Verilən məbləğə qane oldunuz?

-Azərbaycanda nə qonorar alıramsa, bu filmdə də onu alıram. Heç burda da az qonarar almıram. Baş rolda oynadığım və özümü Türkiyədə də tanıtmaq üçün artıq qonorar istəmədim. 

-Çəkiliş Azərbaycanın hansı bölgələrində oldu?

-Film çəkilişləri Bakı, Quba, Şamaxı, Tükiyədə gedir. 130 səhnə olacaq. 

Türk filmində


-Ssenari müəllifi türk yazarıdır?

-Ssenarini Təvəkkül yazıb. O, 15 ildir ki Türkiyədə yaşıyan həmyerlimizdir. 

-Türklərlə işləmək rahatdır ya çətinliklər oldu?

-Türklərlə işləmək daha rahatdır, çünki onların işində punktuallıq var. Gecikmək, kaprizli olmaq, artıq işləmək olmaz. Dəqiq vaxtda görülməlidir.

-Filmdən gözləntiniz nədir?

-Mən düşünürəm ki, həm Türkiyədə, həm də Azərbaycanda bu film çox seviləcək.

-Sizcə, bu filmə çəkilməyiniz həmkarlarınız arasında qısqanclıq yaradacaq, ya uğurunuza sevinəcəklər?

-Canım, siz harda yaşıyırsız? (gülür). Təbii ki qısqanclıq olacaq. Bu işimə görə məni heç təbrik edən də olmadı. Təbii ki ehtiyacım da yoxdur. Başımı aşağı salıb işimi görürəm.

-Komediya janırında rəqibiniz var?

-Özümə rəqib görmürəm. Komediya janırında onlar məni rəqib görsünlər. Mənim obrazlarım müxtəlifdir, təkrarlanmır. Hər obrazımın da öz xarakteristikası var.

- Çox sağ olun, Müşfiq bəy, dəyərli vaxtınızı ayırdığınız üçün. Sizə yeni işlərinizdə uğurlar arzu edirik. 

- Mən də sizə və BiG.Az oxucularına dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. 

Türk filmində


Xəbər lenti

300x200r