Sonuncu dəfə “Badminton” klipi ilə gündəmə gələn gənc müğənni Səmra Rəhimlinin sevgilisinin kim olduğu məlum olub.
Publika.az-a daxil olan məlumata görə, ifaçının eşq yaşadığı oğlan, klipdəki partnyoru, tanınmış fitness-model və treyner Fövqi Əfəndidir.
İddialara görə, bundan öncə “Miss & Mister Azerbaijan - 2016” müsabiqəsində “II Vice Miss Azerbaijan” seçilən model Günel Məmmədova ilə eşq yaşayan treyner Səmra Rəhimli ilə tanış olduqdan sonra sevgilisi ilə ayrılıb.
Mənbə Səmra və Fövqinin idman zalında tanış olduqlarını, bir müddət sonra münasibətlərinin daha isti hal aldığını bildirib.
Fövqinin “Badminton” klipinə çəkilməsi isə məhz bu tanışlıqdan sonra baş tutub.
Qeyd edək ki, “Badminton” klipinin təqdimatı zamanı Səmranın anası və prodüseri İlahə xanım Fövqinin Səmra ilə dost olduğunu, idmançının üz quruluşunu çox bəyəndiyi üçün ekran işinə çəkilməyə seçdiyini bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub