Tanınmış teleaparıcı Mələk Heydərova "Qarabağ" futbol klubuna dəstək məqsədilə fotosessiya etdirib.
AZXEBER.COM-un layihəsi çərçivəsində fotoqraf Nurlan Gülməmmədovun obyektivi qarşısına keçən teleaparıcı deyib: "Bu gün "Qarabağ" "Kopenhagen"lə tarixi oyuna çıxır. Mən də sevimli klubumuza dəstək məqsədilə fotosessiya etdirmək qərarına gəldim. Əminəm ki, futbolçularımız bu gün uğurlu çıxış edəcək. Ancaq onu deyə bilərəm ki, "Qarabağ" qalib gəlsə də, gəlməsə də bizim üçün qalibdir. Bu klub tarix yazmağı bacarıb".
Mələk Heydərova həmçinin sosial şəbəkələrdə günün trendi olan "Qarabağ qalib gəlsə, nə edəcəksiz?" sualına da cavab verib: "Bu gün sosial şəbəkələrdə hərə bir fikir yazır. Mən də düşündüm ki, nə edə bilərəm. Ağlıma ilk gələn ilk fikir bu oldu: "Qarabağ" bu gün qalib gəlsə ərə gedəcəm (gülür)"
Teleaparıcı həmçinin deyib ki, yaxın zamanlarda yeni serialda rol alacaq, eyni zamanda televiziya verilişi ilə tamaşaçıların görüşünə gələcək.
Mələk Heydərovanın "Qarabağ"a dəstək fotosessiyasını təqdim edirik:










1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub