Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızının müğənniliyə başlamnası ilə bağlı xəbər yayılıb.
Mynews.az-ın məlumatına görə, “Show time” verilişinə qonaq olan Ülkər bildirib ki, yazılanlar həqiqəti əks etdirmir:
“Artıq 10 aydan çoxdur ki, “Akustik” qrupunun meneceri kimi çalışıram. Onlarla birgə banketlərə, məclislərə gedirik. Aparıcılıq edirəm, bəzi məclislərdə də mahnı oxuyuram. Müğənni deyiləm. Müğənni olsam, o cür gündəmə gələrəm. O peşənin yükünü üzərimə götürə bilmərəm. Sadəcə prodüser və aparıcıyam. Bir də xınayaxdı mərasimlərinə də gedirəm. Bu işləri çoxdan görməli idim. Sadəcə atamın xasiyyəti ağır olub, heç bir zaman icazə verməyib. Özüm İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirmişəm. Kinolara dəvət almışam, klipə də çəkilmişəm. Əgər istedadım varsa, niyə də yox? Məsələn, bacım hüquqşünasdır, ona desəm də incəsənətə gəlməz. Amma mən səhnə üçün ölürəm. Düşünürəm ki, atam sağ olsaydı, bunları mənə qadağa etməzdi”.
Qeyd edək ki, “APA TV”-nin “Show time” verilişi həftənin çərşənbə axşamı saat 15:10-da Yalçın Uğurun təqdimatında yayımlanır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub