Xalq artisti Nisə Qasımova rejissor Nail Naiboğlunun layihə rəhbəri olduğu verilişdə qonaq olub.
Mynews.az-ın məlumatına görə, ifaçı mətbəx verilişlərinə getmədiyini söyləyib:"Mətbəx verlişlərindən imtina edirəm, xoşlamıram. Amma bu o demək deyil ki, mən mətbəxə girmirəm. Evdə günüm mətbəxdə keçir".
İfaçı heç vaxt ailə qurmamasından söz açıb:“İlk növbədə insanları maraqlandırır ki, niyə ailə qurmur? Sirli insanam. Hətta bəzi müğənnilər adıma söz çıxardılar ki, xəstədir, ailə qura bilməz, xasiyyəti pisdir. Mən qarşıma çıxanı ustalıqla uzaqlaşdırmışam. Onun məni həyat yoldaşı kimi görməməsi üçün hər şey etmişəm. İnsan bir dəfə, iki dəfə sınır. Sonra düşünür ki, üçüncü dəfə sınmamalıyam. Məndə də bu küskünlük gedir. Hərdən özümə sual verirəm ki, görəsən mən düzgün yaşayıram. Çox şeyi danışmaq istəmirəm. Sənət dostlarım inciyər, deyər ki, sən fərasətsizsən, villalarda yaşamırsan. Amma mən ailəmdən də, ətrafımdan da, yaşayış tərzimdən də razıyam".