USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Ailə qurmadı ölüm anında isə telefonda onunla danışırmış

17:24 25.08.2017
Ailə qurmadı ölüm anında isə telefonda onunla danışırmış
17:24 25.08.2017

Tanınmış meyxanaçı Bayram Kürdəxanılının ölümü ilə bağlı yeni şayiələr yayılıb.

Kürdəxanı sakinlərinin Kult.az-a verdiyi məlumata görə, 23 avqust tarixində avtomobil qəzası zamanı həyatını itirən meyxanaçı heç də yolu keçmək istəyən zaman qəzaya düşməyib. Kənd sakinləri bildirib ki, qəza zamanı B.Kürdxanılı sevdiyi xanımla mobil telefonda danışırmış. Hadisə də elə bu zaman baş verib. Mağazaya tərəf gedən meyxanaçı yolu keçib səkiyə çıxsa da, yol ilə hərəkət edən avtomobil onu vurub.

Qeyd edək ki, meyxanaçı heç vaxt evli olmayıb və övladı da yoxdur. Meyxanaçı müsahibələrinin birində bildirib ki, ailə qurmaq barədə heç vaxt düşünməyib və buna görə də peşman olmayıb:

“Tüfeyli həyata düşdüyüm üçün ailə qurub kiminsə balasını bədbəxt eləmək istəməmişəm. Kişiliyimə sığışdırmamışam bunu”.

Xatırladaq ki, Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1961-ci ilin dekabrın 31-ində Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib.

İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazıb. Əsgərlikdən qabaq da şeir deyən Bayram bunu sonra da davam etdirib.

Bu günə qədər ancaq meyxana ustadı kimi tanınan Bayram Kürdəxanılı 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib. 1 il həbsdə yatıb.

Meyxana ustadı avqustun 22-dən 23-nə keçən gecə Kürdəxanı qəsəbəsində toy mərasimindən evə qayıdarkən avtomobil vurması nəticəsində həyatını itirib. Məlumata görı, B.Kürdəxanılı qəsəbə ərazisində yolu keçərkən, Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.


Xəbər lenti

300x200r