Bankir sevgilisi Cemre Bozer ailəsinin təzyiqinə qarşı çıxa bilməyəcəyini iddia edərək 34 yaşlı aktrisa Naz Elması tərk edib.
Milli.Az Takvim-ə istinadən xəbər verir ki, Emre Kıramer ilə 2015-ci ildə qurduğu ailə həyatı cəmi 6 ay çəkən Naz Elmasın Hakan Yıldız ilə münasibəti də uzun çəkməyib. Daha sonra axtardığı xoşbəxtliyi bankir Cemre Bozerdə tapan aktrisa yenidən eyni taleyi yaşayıb.
Bozerə qarşı olan sevgisini 14 fevralda açıqlayan Naz Elmasın bankir sevgilisindən də ayrıldığı ortaya çıxıb. İddiaya görə, bankir sevgilisi ilə 5 ay yaşayan Naz Elması Bozerin ailəsi qəbul etməyib.
Bir neçə ay ərzində Elmasın: "Evlənmək üçün çox tezdir, biz belə xoşbəxtik. Hətta belə uşağımız olmağa da razıyıq" kimi açıqlamalar etməsi Bozer ailəsini narahat edib. Buna görə də ailəsi oğullarını aktrisadan ayrılmağa məcbur ediblər.


1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub