"Bir insanı varlığınla xoşbəxt edə bilmirsənsə, ondan dərhal uzaqlaş. Çünkü bu münasibət səni həm bədbəxt, həm də əsəbi edir. Səni yüzlərlə insanın sevdiyi halda, sən niyə səni sevməyən insana zamanını xərcləməlisən?".
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə yazıb.
Aynişan qarşılıqsız sevgidən bəhs edərək, bunları bildirib:
"Sevmək gözəldi, amma yalnız sevildiyini bildiyin halda, sevildiyindən əmin olduğunda... Qarşındakı insan əgər sən onun həyatında var ola-ola hələ də kimlərinsə axtarışındadırsa, nəyi gözləyirsən? Nöqtəni qoy.
Bəzən qəbullanmaq çətin olur... Sevilmədiyini özünə etiraf etmək çətin olur. Amma bu boşuna ömrünü xərcləməkdən daha rahatdı. Sizə dəyər və sevgi verənin yanında olun. Vaxtında bitirin anlamsız adı olmayan ilişkiləri. Xoşbəxt olun".
Qeyd edək ki, Əməkdar artistinin qızının bu paylaşımı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar bu statusu onun sevgilisindən ayrılması kimi başa düşüb. Həmçinin, Aynişan sosial hesabından çoxsaylı fotolarını silib.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub