USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Azərbaycanlı çilingər “Ukraynanın səsi” müsabiqəsində jürini heyrətə saldı

18:32 15.02.2017
Azərbaycanlı çilingər “Ukraynanın səsi” müsabiqəsində jürini heyrətə saldı
18:32 15.02.2017
Ukraynada keçirilən “Ukraynanın səsi” müsabiqəsində azərbaycanlı çilingər iştirak edib.
"Report" xəbər verir ki, Cavid Məmmədov "Antonio Banderas - Cancion Del Mariachi" mahnısını ifa edib. Gənc ifaçı növbəti tura vəsiqə qazanıb.
 
O, bununla yanaşı, müsabiqə iştirakçıları və seyrçilər üçün məşhur "Küçələrə su səpmişəm" xalq mahnısını da ifa edib. Azərbaycanlı iştirakçının hər iki ifası böyük maraqla və sürəkli alqışlarla qarşılanıb.
 
Qeyd edək ki, C.Məmmədov “Eurovision”nın qalibi olan Camalanın komandasında çıxış edir. Müsabiqə Ukraynanın “1+1” telekanalında yayımlanır. 

Xəbər lenti