Hollivud ulduzu Ancelina Coli, ulduz futbolçu Kriştianu Ronaldu və livanlı məşhur müğənni Nensi Ajram türk serialında çəkiləcək.
Mynews.az axşam.az-a istinadən bildirir ki, 3 mövsümlük "Hayat Körpüsü" adlı serialın treyler çəkilişləri artıq başlayıb. Çəkilişləri Qaziantep şəhərində aparılan serial Suriyadakı vətəndaş müharibəsindən qaçıb Türkiyəyə sığınan bir ailənin dramından bəhs edilir.
"Hayat körpüsü"nün adından da göründüyü kimi ya orada qalıb öləcəksiniz, ya da bu tərəfə gəlib yaşayacaqsınız ideyası əsas götürülüb.
Rejissoru Eyyub Dirlik olan serialda livanlı və Türkiyənin tanınmış aktrisaları Perihan Savaş və Hülya Koçyiğit də iştirak edəcək.
Qeyd edək ki, xarici məşhurlar serialda qonaq aktyor və aktrisa kimi iştirak edəcəklər.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub