Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türklər azərbaycanlı aparıcını şantaj etdilər

ATV telekanalının aparıcı siması, “Amedia Group”un rəhbəri Azər Zahidin "İnstaqram" profili türkiyəli vətəndaşlar tərəfindən oğurlanıb.

Trend-in məlumatına görə, aparıcı bildirib ki, səhifəsinin geri qaytarılması üçün ondan 1000 türk lirəsi istəyiblər: “Profilimin geri qaytarılması üçün məndən pul istəyirlər. Bu pulu verə bilərəm. Amma niyə verməliyəm?! Özünə də demişəm, gəlsin Bakıya, görüşək, bəlkə onun üçün burda pul da xərcləyərəm. Amma dediyi kimi, hesabına pul göndərmək fikrim yoxdur”.

Qeyd edək ki, oğurlanan profilin adı tez-tez dəyişdirildiyi üçün Azər Zahid öz adını geri götürə bilib. Hazırda onun oğurlanmış səhifəsinin adı “Bahadır Elmas” olaraq qalır. Lakin Azər həmin profildə olan 76 min izləyicisini itirdiyini bildirib:

“Oğurlanmış profilimin adı Azər Zahid olmadığı üçün mən bu adla yeni hesab aça bildim. Bir nəfər mənə bu işdə köməklik göstərdi. Lakin niyə görə mən 76 min izləyicimi itirməliyəm? Həmin insan mənim bir çox arxiv şəkillərimi də pozub. Həm mən yenicə çəkilişlərini bitirdiyim “Top ulduzlar” layihəsinin İnstaqram PR-ını apara bilmədim. Nə canlı yayıma çıxa bildim, nə şəkil paylaşdım. Buna görə çox əsəbiyəm. Artıq bu ənənəvi hal alıb. İlk və tək mən deyiləm ki, profili oğurlanır. Buna görə də düşünürəm ki, aidiyyatı qurumlar artıq bu məsələni nəzarətə götürməlidirlər. Belə olmaz. İnstaqram hesabı şəxsi bir şeydir. İkinci bir adamın ona əli çatmamalıdır”.

Qeyd edək ki, bu məsələ ilə bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...