Müğənni Elvin Mirzəzadənin yeni mahnısı 10 gün ərzində Youtube kanalında 1 milyona yaxın izlənilərək rekord qırıb.
Mynews.az bildirir ki, ifaçı bu uğuru barədə publika.az-a açıqlama verib.
O bildirib ki, kompozisiyanı bəyənənlər çoxluq təşkil etsə də, bəyənməyənlər də olub:
"Mahnının uğur qazanacağını bilirdim. Odur ki, onu yayın sonunda təqdim etdim. Tənqidlərə hazıram. Çünki bilirəm ki, tənqid varsa, deməli, müəyyən uğur əldə olunub. Hər halda bu gün insanların 80%-inin musiqi zövqünə uyğun olan bir mahnı ərsəyə gəlibsə, xırda nüanslara girib boşuna balta vurmağa ehtiyac yoxdur. İllər ötür, zaman dəyişir. Zaman keçdikcə zövqlər və düşüncələr də dəyişir".
Elvin Mirzəzadə bildirib ki, mahnının sözləri və musiqisi Elməddin Səfərliyə aiddir:"Elməddin gözəl ürəyə sahib olan dostumuzdur. Mahnının sözləri təsirlidir. Müəllif onu nələrdənsə təsirlənərək yazıb. Mahnını yaşamaq, canlandırmaq mənim üzərimə düşürdü. İnanıram ki, bunu bacardım. Lakin bu cür mahnıları həmişə qələmə almaq olmur. Loru dildə desək, "tutuzduran" mahnı yaza bilmir. Elməddin Səfərlinin bəyəndiyim mahnısı olarsa, gələcəkdə də onunla iş birliyimiz davam edəcək".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub