Azərbaycanın bir nömrəli musiqi kanalı “ARB Ulduz” və ölkənin ilk regional radiosu Kəpəz FM yeni layihəyə start verir.
Azərbaycan mahnılarının və kliplərinin yayımında yeni mərhələyə başlayacaq ARB Ulduz və Kəpəz FM keyfiyyətli musiqi istehsalına marağın artmasına da təkan vermiş olacaq. Gənc yerli ifaçıların dünyaya tanıdılmasına vasitə olacaq. Bu, həm də son zamanlar sosial mediada musiqi istehsalının qıtlığından və televiziya, radio sahəsində onların yayımına az yer verilməsindən şikayətçi olanlar üçün bir şansdır.
İndiyədək “Şou məkan”, “Virtual Həyat”, “TOP 10”, TOP 25” və bir sıra uğurlu layihələri ilə şou-biznes nümayəndələrini dünyada tanıtdıran telekanal və radio Azərbaycan musiqisinə qatılan yeni ifaçıları bu fürsətdən faydalanmağa dəvət edir.
Klip və mahnılar müğənnilərin statusundan (rəsmi fəxri adlar) asılı olmayaraq 01 sentyabr 2017-ci il tarixindən ARB Ulduz telekanalının və Kəpəz FM radiosunun efirində yayımlanmaq üçün qəbuluna start verilir.
Kliplər və mahnılar ARB Ulduz və Kəpəz FM-in efirində adi rotasiya qaydasında, məhdud sayda yayımlanacaq. Klip və musiqi nömrələrinin daha çox yayımı isə kommersiya üsulu ilə həyata keçiriləcək. Fonoqramları “Mediatech” şirkətində yazılan, klipləri isə “ARAN FİLM”də istehsal olunan ifaçılara Kəpəz FM və ARB Ulduzun yayımında güzəştlər ediləcək.
Mahnılar və kliplərinizi bu ünvana göndərə bilərsiniz: [email protected]
Əlavə məlumat almaq üçün layihənin əlaqələndirici Elgün Calla +994 (55) 2259606 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Klip və mahnıların yayımı üçün tərtib olunmuş qaydalarla bu linkdə tanış olmaq olar:
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub