Xalq artisti Zeynəb Xanlarovanın türkiyəli sürücüsü müğənni haqqında maraqlı faktlar açıqlayıb.
Publika.az xəbər verir ki, tanınmış aparıcı Zaur Baxşəliyev Türkiyədə Zeynəb Xanlarovanın sürücüsü ilə qarşılaşıb. Söhbət zamanı sürücü Zaur Baxşəliyevə Zeynəb Xanlarovanın qəlbi təmiz bir insan olduğunu söyləyib. O, bildirib ki, Zeynəb Xanlarova bir vaxtlar Türkiyəyə qastrol səfərlərinə gələndə onun sürücüsü işləyib. Daha sonra isə türkiyəli sürücü etiraf edib ki, müğənni restoranda yemək yeyəndə onun üçün də özü yediyi yeməklərdən sifariş verib. Sürücü "Ömrümdə onun kimi dahi sənətçi görməmişəm" , - deyə vurğulayıb. Aparıcı Z.Xanlarova ilə bağlı söhbəti videoya çəkərək sosial şəbəkədə paylaşıb. O, hadisə ilə bağlı fikirlərini belə ifadə edib:
“Türkiyədə taksi sürücüsü Zeynəb Xanlarovadan danışır. Qürurlandım!”
Daha sonra isə Z.Baxşəliyev tənqidi rəy yazan izləyicilərə səslənib:
“Bəzi rəyləri oxuduqdan sonra demək istəyirəm ki, sürücünü pul verib danışdırmaqsa, elə özümü təriflətdirərdim, daha başqa adamı niyə təriflətdirim ki? İkincisi isə onu yazanlar bilməlidir ki, Zeynəb Xanlarova sərhədləri aşıb, dünyanı gəzəndə elə sizli-mənli qarşokda otururduq”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub