Ötən gün "Neolit" restoranında baş tutan kütləvi davanın təfərrüatı məlum olub. Şahidlərin "qafqazinfo"ya verdiyi məlumata görə, özəl və xoş günlərini keçirmək üçün restorana təşrif buyuran qonaqlar qorxulu anlar yaşayıb.
Mynews.az xəbər verir ki, belə ki, olay saat 22:00 radələrində müğənni İzzət Bağırov çıxış edən zaman baş verib. İ. Bağırov "qafqazinfo"ya açıqlamasında davanın onunla bağlı olmadığını bildirsə də, şahidlər bunun əksini deyib.
Hadisəyə səbəb Novruz Aslanlının qonaqlarından biri operatordan müğənnini yox, başqa yeri çəkməsini istəməsi olub.
Bağırov isə "Sənətkara hörmətsizlik edirsiz" deyərək səhnəni tərk edib. Və dava da bundan sonra başlayıb. İnsident nəticəsində ata Novruz Aslanlı və oğlu Vüsal Aslanlı yaralanıb.
Qonaqları isə daha çox restoranın mühafizə xidmətinin zəif olması narahat edib:
"Necə ola bilər ki, Bakının ən məşhur məkanında bu hadisə baş versin və insanların həyatına belə laqeydlik göstərilsin. Biz ora əylənməyə, sevinməyə getmişdik. Bir də gördük bıçaqla bir nəfər gəzir. Neçə nəfərin ürəyi getdi. Universitetə girən oğlanın (Vüsal Aslanlı) paltarı cırıq-cırıq idi".
Belə ciddi hadisənin baş verməsinə baxmayaraq nə Daxili İşlər Nazirliyi, nə də restoran sözçüləri münasibət bildirib.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub