Bəstəkar-müğənni Ela Seyidcahanın "Xalqın şairi" telelayihəsində münsiflər kürsüsündə əyləşməsi birmənalı qarşılanmadığı kimi Əməkdar artistin "Ağınızı tikim" şeiri də qalmaqallara səbəb oldu. E.Seyidcahanın əvvəlki şeirləri olduğu kimi bu şeiri də sosial şəbəkələrdə tənqid atəşinə tutuldu. Elza xanımın "Ağzınıı tikim"inə nəzirələr yazan da tapıldı.
Mynews.az moderator.az-a istinadən xəbər verir ki, bu gün aparıcı Zaur Kamal öz instaqram səhifəsində Elza Seyidcahanın "Ağzınızı tikim" şeirinə yazılmış cavabı paylaşıb.
"Tikən iynən qırılmasın,
Ağzımızı tik eliza,
Elə tik ta cırılmasın,
Tik eliza, tik eliza.
Qovan tikir, tutan tikir,
Əlli ildi "atan" tikir,
Hər iynəsi batan tikir,
Tik eliza, tik eliza.
Bərk tut qaçırma ilməsin,
Elə tik heç kim bilməsin
Tikən iynən əyilməsin,
Hər vaxt olsun dik, eliza".
Qeyd edək ki, Zaur Kamal cavab şeirinin müəllifini qeyd etməyib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub